Azərbaycan millisinin yeni baş məşqçisi: “Tarix yazacağımıza inanıram”

14 İyun 2024 08:20 Milli komanda 1 153
Azərbaycan millisinin yeni baş məşqçisi: “Tarix yazacağımıza inanıram”

"Bu layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidir.

Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram".

Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş deyib.

69 yaşlı mütəxəssis böyük turnirlərin final mərhələlərinə qatılmaq üçün çalışacaqlarını vurğulayıb:

"Mənim daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım üçün buradayam".

Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti