COP29

"Bizim işimiz Azərbaycana gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil"

18 İyun 02:30 Milli komanda 1 057
"Bizim işimiz Azərbaycana gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil"

«Gürcüstan millisinin böyük turnirdə iştirakı da bizim üçün motivasiyadır».

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis «Azərbaycanı Gürcüstan kimi Avropa çempionatında görmək üçün nələr edəcəksiz» sualını belə cavablandırıb:

«Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq.

Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür.

Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb.

Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu, bizdə alınacaq.

Onu da qeyd edim ki, heyətimlə burada Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, ölkənin mədəniyyəti ilə də tanış olacağıq.

Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik».

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?