Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.
Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.
D Liqasına yuvarlanmaq təhlükəsi ilə üz-üzə olan yığmamız Skandinaviyadan qələbə ilə dönərsə, mükafatsız qalmayacaq. A
FFA tərəfindən futbolçulara ödəmə ediləcək.
Məbləğ? Adambaşı alacaqları vəsait 20-25 min manatdan aşağı olmayacaq.
SPORTİNFO.AZ

