"Bildiyimizə görə, onlarla oyunumuzdan sonra orada baş məşqçi dəyişdi"

27 Aprel 2024 02:10 Milli komanda 908
"Bildiyimizə görə, onlarla oyunumuzdan sonra orada baş məşqçi dəyişdi"

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqçisi Aleksandr Qross Belarusun Minsk şəhərində UEFA-nın inkişaf turnirinin 2-ci oyununda Özbəkistana məğlubiyyəti (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, Belarus Futbol Federasiyasının rəsmi saytına açıqlama verən Qross bunları deyib:

"İlk hissədə yaxşı oynadıq. Standart vəziyyətdən qol buraxdıq, daha sonra oyunu bərabərləşdirdik və bəlkə də rəqibdən üstün oynamağa başladıq.

Şanslar var idi, lakin hesabı bərabərləşdirmək üçün istifadə edə bilmədik. Rəqib ikinci qol üçün oynadı. Növbəti oyuna hazırlaşacağıq.

Tacikistan yığması? Bildiyimizə görə, onlarla son oyunumuzdan sonra orada baş məşqçi dəyişdi. Ola bilsin ki, onların oyuna yeni baxışı var".

Millimiz ilk görüşdə isə Belarusa 0:4 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti