"De Byazi göndərilərsə, yerinə əsas namizəd..." - VİDEO

13 Aprel 2023 11:20 Milli komanda 2 921
"De Byazi göndərilərsə, yerinə əsas namizəd..." - VİDEO

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Toplantının gündəliyində duran əsas məsələ milli komandanın baş məşqçi Canni De Byazinin hesabatıdır.

Futbol ictimiayyəti artıq italiyalı ilə yolların ayrılacağını gözləyir. Onun yerinə isə yerli çalışdırıcılardan Tərlan Əhmədovla Rəşad Sadıqov namizəd göstərilir.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov bildirib ki, De Byazi ilə yolların ayrılma əmsalı çox aşağıdır:

“Əgər bu hal baş verərsə, onun yerinə ən real namizəd Arif Əsədovdur. Çünki AFFA rəhbərliyi ən azından ilin sonuna kimi yerli çalışdırıcıya üstünlük verə bilər”.

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti