COP29

Millimiz Qazaxıstanı şoka salıb: “Pul qazanmağın ən rahat yolu”

13 İyun 20:40 Milli komanda 1 563
Millimiz Qazaxıstanı şoka salıb: “Pul qazanmağın ən rahat yolu”

Azərbaycan millisi Arif Əsədovun rəhbərliyi altında 4-cü oyunda 2-ci qələbəsini qazandı.

Buna qədər Monqolıstanı məğlub edib (1:0),

Bolqarıstanla heç-heçə edən (1:1), Albaniyaya uduzan (1:3) ölkənin bir nömrəli futbol komandası Qazaxıstanı yenməyi bacardı – 3:2.

Yığmamızın qələbəsi Qazaxıstanda ciddi səs-küyə, yerli futbolsevərlərin etirazına səbəb olub.

Qazaxıstan millisinin sosial media səhifələrində etiraz dalğası baş qaldırıb. Yerli publika sevimli komandalarının Azərbaycan seçməsinə məğlubiyyəti heç cür qəbul edə bilmir.

“İmkan verin, “Qazel” bostanlıqda fırlansın”.

“Heç kimi uda bilməyənlər gəlib bizi udur”.

“3 qolu 5 müdafiəçi ilə “yedik”. “4-lü” sistemdə nələr olardı görəsən?”

“Belə rəqibə uduzuruqsa, Norveç və Avstriya ilə matçlarda nələrin yaşanacağı indidən məni qorxudur”.

“Tabloya baxıb utanın. Əgər o bacarıq sizdə varsa”.

“5 müdafiəçi ilə Azərbaycana uduzan komandaya afərin düşür”.

“Ermənistanla Azərbaycana uduzuruqsa, Norveçlə Avstriyanı rahat məğlub edərik”.

“Baş məşqçi nə etdi? Azərbaycanın qələbə qazanması üçün əsas oyunçuları yanında əyləşdirib, lazımsızları meydana buraxdı”.

“Pul qazanmağın ən rahat yolu. İlk hissədə udub, ikinci hissədə bilə-bilə məğlub olursan”.

“Ardıcıl dördüncü oyundur uduzuruq. Həm də Avropanın güclü olmayan komandalarına. Federasiyada və milli komandada islahatlar qaçılmazdır”.

Azərbaycanla Qazaxıstan arasında indiyə qədər keçirilmiş 11 oyunda təmsilçimiz 3, rəqib 5 qələbə qazanmışdı. Digər 3 oyun heç-heçə başa çatmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?