"Biz də, Azərbaycan millisi də qələbə qazanmaq istəyirdi.
Çünki hamımız bilirik ki, qrupdakı digər rəqiblər güclüdür".
Sportinfo.az xəbər verir ki, bunu Estoniya millisinin kapitanı Konstantin Vasilyev Avro-2024-ün seçmə mərhələsində millimizə qarşı keçirilən oyun (1:1) haqda deyib.
38 yaşlı yarımmüdafiəçi ilk hissədə üstün olduqlarını bildirib:
"Matça yaxşı başladıq. İlk hissədə üstün idik. Təəssüf ki, ikinci qolu vura bilmədik. Halbuki bunun üçün yaxşı şanslarımız var idi".
O, milimizin fasilədən sonra daha yaxşı təsir bağışladığını vurğulayıb:
"İkinci hissədə fərqli alındı. Bilirdik ki, hesabda geri olduğu üçün Azərbaycan millisi taktiki dəyişiklik edəcək.
Belə də oldu. Təəssüf ki, ikinci 45 dəqiqənin əvvəlində təzyiq altında idik.
Rəqib üstünlüyə yiyələnərək hesabı bərabərləşdirdi. Standart epizoddan qol buraxmağımız məyusedicidir.
Matçın sonu qarşılıqlı hücumlar şəratində keçdi. Hər iki komanda qələbə qazana bilərdi".

