Türkiyə klubu ilə müqavilə imzaladı, Azərbaycana qayıtdı

8 Sentyabr 2023 01:10 Milli komanda 1 188
Türkiyə klubu ilə müqavilə imzaladı, Azərbaycana qayıtdı

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Bakıya qayıdıb.

Forvard artıq yığma komandamızın düşərgəsindədir.Dadaşov tibbi müayinədən keçmək və cari mövsümün sonuna qədər “Hatayspor”la icarə müqaviləsi bağlamaq üçün Türkiyəyə yollanmışdı.

O, millinin dünən axşamki məşqində iştirak edib.24 yaşlı forvard “Qrasshopper”ə məxsus olsa da, mövsümün sonuna qədər icarə əsasında “Hatayspor”da çıxış edəcək.

Renat 2025-ci il iyunun 30-na qədər İsveçrə klubuna məxsus olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti