COP29

Millinin baş məşqçisi məğlubiyyətdən sonra: "Yaxşı ki…"

4 May 09:00 Milli komanda 645
Millinin baş məşqçisi məğlubiyyətdən sonra: "Yaxşı ki…"

Azərbaycanın qadınlardan ibarət U-17 millisinin baş məşqçisi Nərgiz Qurbanova UEFA-nın inkişaf turnirinin açılış matçında Minskdə Belarus yığması ilə keçirilən oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Belarus Futbol Federasiyasına açıqlamasında 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“2009-cu il təvəllüdlü qızlarımız ilk dəfə bu səviyyədə çıxış edirlər. Bu, bizim üçün böyük təcrübədir və yaxşı ki, Belarusla qarşılaşdıq.

Çünki bu rəqib A kateqoriyalı komandadır. Bizdə isə B kateqoriyalı komandadır.

Ona görə də qızların oynamaq və təcrübəli komandanın oyununu izləmək imkanı var”.

Digər Xəbərlər
Xəbər Lenti