Türkiyə futbolunun canlı əfsanəsi niyə Azərbaycan millisində işləmək istəyir?

8 İyun 2024 14:40 Milli komanda 3 868
Türkiyə futbolunun canlı əfsanəsi niyə Azərbaycan millisində işləmək istəyir?

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Bu barədə Türkiyənin «teleqram» kanalları məlumat yayıb.

Bildirilib ki, AFFA 44 yaşlı məşqçi ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni çalışdırıcısı olacaq.

Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan "Ankaragücü" olub. Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər.

Türkiyə Superliqasında uğursuz çıxış gənc mütəxəssis bağışlanılmayıb. Komanda Əmrənin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.

"Ankaragücü" 43 yaşlı baş məşqçi ilə keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 13 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub. Komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.

Bələzoğlunun namizədliyi gerçəkdən də AFFA-nın gündəmindədir. Türkiyəli tanınmış menecerlərdən biri SOCAR-dakı tanışları vasitəsilə federasiya rəhbərliyi ilə təmasa keçib.

Agent müştərisinin Azərbaycanda fəaliyyət göstərmək istədiyini, bunun qarşılığında heç də böyük vəsait tələb etmədiyini bildirib.

Onun təqribən 1,1 milyon avro qarşılığında millmiizin sükanı arxasına keçməyə hazır olduğu bildirilir.

Anlaşmaya baş tutsa, bu məbləğ Bələzoğlunun tək özünə çatmayacaq, özüylə bərabər gətirəcəyi köməkçilərə də oradan pay düşəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti