Millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşacaq

28 İyul 2023 03:20 Milli komanda 2 013
Millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşacaq

Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

5 avqust, saat 20:00

Azərbaycan – İran

6 avqust, saat 18:00

Belarus – Azərbaycan

7 avqust, saat 16:30

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti