
Qazaxıstanlı futbol veteranı Bulat Esmaqambetov ölkəsinin milli komandasının Azərbaycan ilə keçirəcəyi yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.
Sportinfo.az sport.kz-ya istinadən xəbər verir ki, o, hazırda Qazaxıstan millisinin üzvlərinin daha yaxşı formada olduğunu deyib:
“Azərbaycan çempionatı artıq başa çatıb. Bir çox azərbaycanlı futbolçu artıq mövsüm başa çatdıqdan sonra məzuniyyətə gedir və ya zədələrini bərpa edirlər.
Qazaxıstanlı futbolçular daha yaxşı formadadırlar, çünki yerli çempionat davam edir. Fiziki və funksional baxımdan qazaxıstanlı futbolçular daha yaxşı hazırlaşmalıdırlar".
Qazaxıstan - Azərbaycan oyunu sabah keçiriləcək.