Yığmamız Serbiyaya uduzdu, finala çıxa bilmədi

5 May 2023 22:10 Milli komanda 725
Yığmamız Serbiyaya uduzdu, finala çıxa bilmədi

Azərbaycan millisi Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində yarımfinal oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yığma finala gedən yolda Serbiya kollektivi ilə qarşılaşıb.

Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan 3-cü yer uğrunda matçda Qazaxıstan - Çexiya cütünün məğlubu ilə üz-üzə gələcək. Serbiya isə finalda bu cütün qalibini sınağa çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti