COP29

"Həmişə çıxış yolu tapılmalıdır" - Azərbaycan millisinin baş məşqçisi

9 Noyabr 09:00 Milli komanda 407
"Həmişə çıxış yolu tapılmalıdır" - Azərbaycan millisinin baş məşqçisi

"Həmişə çıxış yolu tapılmalıdır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı deyib.

Mütəxəssis Renat Dadaşovun yoxluğu və Mahir Emrelinin cəza səbəbindən Estoniya ilə oyunda meydana çıxmayacağı fonunda hücumdakı problemləri necə həll edəcəkləri ilə bağlı sualı cavablandırıb:

"Həmişə çıxış yolu tapılmalıdır. Bəzi oyunçular vəziyyətdən çıxmağa kömək ola bilərlər.

Əlimizdə olan futbolçulardan istifadə edəcəyik. Məşqlərdə oyunçuları yoxlayacağıq və kimin hücumda oynaya biləcəyinə qərar verəcəyik".

O, "Araz-Naxçıvan"ın futbolçusu Mustafa Əhmədzadənin oyununun onun diqqətini cəlb etdiyini bildirib:

"Mustafanın oyununu gördüm və məni cəlb etdi. Oyunu ilə diqqətimizi cəlb etdiyi üçün onu məşqlərə dəvət etməyi qərara aldıq".

Noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti