Mahir, Emin, Toral... Bu da sizin üçün FOTOREPORTAJ

12 İyun 2024 08:50 Milli komanda 1 324
Mahir, Emin, Toral... Bu da sizin üçün FOTOREPORTAJ

Azərbaycan millisi Macarıstanda sonuncu yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşıb.

Sombatxey şəhərindəki “Haladas SportKomplexum”dakı görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz əvvəlcə oyunda 0:2 hesab ilə geri düşsə də, daha sonra geri dönüş edərək 3 qol vurub.

Oyun millimizin kapitanı Emin Mahmudov üçün əlamətdar olub.

50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu millidəki qollarının sayını 14-ə çatdırıb və Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!