COP29

“Bilmirəm Qurban Qurbanov məni təbrik edəcək, ya yox”

12 İyun 08:40 Milli komanda 3 239
“Bilmirəm Qurban Qurbanov məni təbrik edəcək, ya yox”

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Qazaxıstana qarşı keçirilmiş yoxlama matçından (3:2) sonra Avstriyaya ezam olunmuş jurnalistlərə müsahibə verib.

- Oyunumuz hücumda çox yaxşı alındı. Xeyli qol fürsətləri yaratdıq. Təəssüf ki, birinci hissədə bunlardan yararlana bilmədik. Müdafiədə səhvlərimiz çox idi. Rəqibin də bir neçə qol şansı oldu. Biz yaxşı mübarizə apardıq, yaxşı oynadıq. Qələbəyə layiq idik.

- Millidə qol sayında Qurban Qurbanova çatdın. Təəssüratların necədir?

- Çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Mənə qol vurmağa kömək edirlər. 27 yaşım olanda heç gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm. Çünki, az oynayırdım. Sonradan qollar gəldi. Gələcəkdə daha çox qol vurub milliyə kömək etməyə çalışacağam.

- Qurban Qurbanov səni təbrik etdi?

- Hələ ki, yox. Qurban müəllimlə münasibətim yaxşıdır. Bilmirəm təbrik edəcək, ya yox. Hələ ki, onu keçməmişəm. Amma sevinərəm.

- Bu rekord "Neftçi"dəki performansına təsir edə bilər?

- "Neftçi"də yaxşı komanda qurulsa, tək mən yox, hamı yaxşı oynayar. Ümid edirəm ki, gələn il daha yaxşı olarıq. Bu il klub olaraq hamımız çox bərbad idik. Daha yaxşı olmalıyıq.

- Bu gün hücumda oyununuz daha yaxşı alınırdı. Səncə, nə ilə bağlıdır?

- Albaniya ilə oyunda da şanslarımız çox idi. Sadəcə qol vura bilmirdik. Onların səviyyəsi bizdən, Qazaxıstandan üstündür. Avropa çempionatına gedirlər. Qollar vurmaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?