AFFA-nın yeni rəhbərliyindən MİLLİ QƏRARLAR - 3 ay müddətinə…

13 Aprel 2024 14:00 Milli komanda 3 596
AFFA-nın yeni rəhbərliyindən MİLLİ QƏRARLAR - 3 ay müddətinə…

AFFA aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri və onların köməkçiləri ilə bağlı yeni qərar verib.

Federasiyanın yeni rəhbərliyi onlarla müqavilənin müddətini 3 ay uzadıb.

Söhbət U-15, U-16, U-17 və U-19 komandalarını çalışdıran mütəxəssislərdən gedir.

Onlar mayın sonunadək görəv başında qalacaqlar. Həmin ay AFFA-nın İcraiyyə Komitəsi bir araya gələcək və millilərlə əlaqəli yekun qərar veriləcək.

Sözügedən yığmalarda işləyən məşqçilərin kontraktı ötən ilin oktyabrında başa çatıb. Sonrakı aylarda sözləşmə 2 dəfə yenilənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti