Gənc istedad Fernandu Santuşun qərarını necə reaksiya verdi?

13 Mart 20:20 Milli komanda 750
Gənc istedad Fernandu Santuşun qərarını necə reaksiya verdi?

“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi martın 22-də Haiti, üç gün sonra Belarusla keçiriləcək yoldaşlıq oyunlarına dəvət alması barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər futbolçunun arzusu millidən dəvət almasıdır.

Şükürlər olsun ki, bu gün mən də milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm.

Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm.

Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu