Millimizi iki dəfə uddular, baş məşqçi postunda SAXLANILDI

8 Mart 2025 12:40 Milli komanda 841
Millimizi iki dəfə uddular, baş məşqçi postunda SAXLANILDI

21 yaşadək futbolçulardan ibarət Şimali İrlandiya millisinin baş məşqçisi Tommi Rayt postunda qalıb.

Sportinfo.az xəbər verir ki, yerli futbol assosiasiyası 61 yaşlı mütəxəssislə yeni müqavilə imzalandığını açıqlayıb.

O, AVRO-2027-nin seçmə mərhələsində komandanın sükanı arxasında olacaq.

Raytın komandada saxlanılmasının səbəbi geridə qalan Avropa çempionatının seçmə mərhələsindəki nəticələr olub.

Yerli mətbuat xüsusən də Azərbaycan millisi ilə oyunun assosiasiyanın qərarında həlledici rol oynadığını yazıb. Bildirilir ki, evdə 5:0 hesablı qələbə Rayta daha bir şans verilməsi üçün kifayət edib.

Şimali İrlandiya həmin qrup mərhələsində 3 qələbədən ikisini millimiz üzərində qazanıb – 1:0, 5:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!