AFFA, axır ki, qərar verdi - Milli komandaların yeni baş məşqçiləri kimlər olacaq?

2 Mart 2025 12:20 Milli komanda 5 520
AFFA, axır ki, qərar verdi - Milli komandaların yeni baş məşqçiləri kimlər olacaq?

AFFA aşağı yaş qrupları üzrə millilləri əcnəbi məşqçilərə tapşırmayacaq.

Federasiya rəhbərliyinin uzun müzakirələrdən sonra belə bir qərara gəlməsinə dair məlumat var.

Xəbərə görə, qurum indiki halda xarici mütəxəssislərin iş başına gətirilməsini məqbul hesab etməyib.

Onların fikrincə, uşaq futbolu ilə bağlı inkişaf strategiyası həyata keçirilmədən belə bir addım atmaq heç bir səmərə verməyəcək. Odur ki, yerli məşqçilərin üzərində dayanılması vacib sayılıb.

İcraiyyə Komitəsi bu ay növbəti dəfə bir araya gələcək. İclasda digər məsələlərlə yanaşı, millilərə təyinatlar da rəsmiləşəcək.

Texniki direktor Cahangir Həsənzadəyə namizədlərin siyahısını hazırlamaq tapşırığı verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!