Azərbaycanda yeni yaradılan komandanı kim çalışdıracaq? - FOTO

27 Fevral 2025 20:00 Milli komanda 3 085
Azərbaycanda yeni yaradılan komandanı kim çalışdıracaq? - FOTO

Azərbaycanda yeni yaradılan millinin baş məşqçisinin kimliyi böyük ölçüdə dəqiqləşib.

İlk dəfə dəfə əsası qoyulacaq U-14 yığması Emin İmaməliyevə tapşırılacaq.

Son olaraq U-21-də Samir Əliyevin köməkçisi işləmiş mütəxəssislə ilkin danışıqlar aparılıb və razılığı alınıb.

Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaq.

U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə milillərə ötürməkdir.

Federasiyanın araşdırmasına görə, məhz bu yaş dövrünə çatanda oyunçuların əksəriyyəti futbolla vidalaşır, nəticədə U-15 və U-16 yığmalarının «seçim hovuz»u məhdudlaşır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!