“Təvazökar görünmək istəmirəm” - Azərbaycan millisinin baş məşqçisi

15 Fevral 2025 09:20 Milli komanda 742
“Təvazökar görünmək istəmirəm” - Azərbaycan millisinin baş məşqçisi

"Bu ölkədə gözəl anlar yaşamışam".

Sportinfo.az "newsit.gr" nəşrinə istinadən xəbər verir ki, bunu Yunanıstanda "Əfsanə" mükafatına layiq görülən futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

70 yaşlı mütəxəssis ölkəsi Portuqaliya ilə Yunanıstanı birləşdirən çox şeyin olduğunu bildirib:

"AEK klubunda işə başladığım 2001-ci il və milli komanda ilə iştirak etdiyimiz DÇ-2014 mənim üçün xüsusidir.

Təvazökar görünmək istəmirəm, amma bütün uğurları komanda yoldaşlarıma və futbolçulara borcluyam".

Fernandu Santuş daha əvvəl Yunanıstan millisi ilə yanaşı, bu ölkənin AEK, "Panatinaikos" və PAOK klublarını çalışdırıb.

O, AEK-lə ölkə çempionu olub, Yunanıstan yığması ilə DÇ-2014-də 1/8 finala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?