AFFA-dan yekun qərar: Uduzan komandaya pul verilməyəcək - VİDEO

6 Fevral 2025 11:00 Milli komanda 3 287
AFFA-dan yekun qərar: Uduzan komandaya pul verilməyəcək - VİDEO

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport”da verdiyi açıqlama ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, federasiya rəsmisi bundan sonra milliyə böyük məbləğdə bonuslar ödənilməyəcəyini bildirib:

“Hazırda komandaya böyük məbləğdə bonuslar verilmir. Qısa olaraq onu deyim ki, belə bonusların verilməsi də nəzərdə tutulmayıb”.

Azərbaycan millisi ötən illərdə uğursuzluqlara baxmayaraq, böyük məbləğdə mükafatlar almasına görə tənqid edilirdi.

Hətta məğlub olduğu bəzi oyunlarda da komanda mükafat alıb. Bu, əsasən Rövnəq Abdullayevin AFFA prezidenti postunu tutduğu illərdə baş verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı