AFFA yenə axtarışa çıxdı - Milli üçün daha iki rəqib axtarılır

25 Yanvar 2025 03:10 Milli komanda 916
AFFA yenə axtarışa çıxdı - Milli üçün daha iki rəqib axtarılır

AFFA milli komanda üçün daha iki rəqib axtarır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O, millinin yoldaşlıq görüşü keçirməsi üçün daha iki rəqib axtarışında olduqlarını söyləyib:

"Həm martda, həm də iyunda iki yoldaşlıq görüşü olmalıdır. Çünki həmin aylarda iki yoldaşlıq oyunu üçün "pəncərə" var.

Bu istiqamətdə işlər gedir. Rəqiblər dəqiqləşəndən sonra məlumat veriləcək".

Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi martın 25-də Belarus, iyunun 10-da Macarıstanla yoldaşlıq görüşü keçirəcək. Hər iki oyun Azərbaycanda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı