"İnanmıram ki, hansısa komanda bizi 10:0 məğlub edə bilsin"

13 Yanvar 08:50 Milli komanda 1 313
"İnanmıram ki, hansısa komanda bizi 10:0 məğlub edə bilsin"

Azərbaycan milli komandasının sabiq hücumçusu Ruslan Qurbanov sportal.az-a açıqlamasında Fernandu Santuşun yığma komandasındakı fəaliyyətini şərh edib.

Sportinfo.az xəbər verir ki, O, millidə portuqaliyalı mütəxəssə ehtiyacın olmadığını da söyləyib:

"Mən həmişə deyirdim ki, yerli mütəxəssislər legionerlərdən pis deyil. Amm qərarı verən AFFA-dır.

Ona görə də bir söz demək olmur. Lakin fikrimcə, 2025-ci ilin sonunda AFFA Fernandu Santuşu postundan uzaqlaşdıracaq".

Qurbanov Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin DÇ-2026-da yer alacağı qrupdakı şanslarını dəyərləndirib.

Belə ki, Ukrayna və İslandiya milliləri bəllidirsə, növbəti komandanın Fransa və ya Xorvatiya hələ dəqiq deyil.

O, vaxtı ilə Fransaya 0:10 uduzan millimizin indiki dönəmdə həmin rəqiblə qarşılaşarsa, belə uduzacağına inanmadığını deyib:

"Futbolçu kimi böyümək istəyiriksə, o zaman kiminlə oynamağımızın fərqi olmamalıdır. Fransa millimizdən güclüdür.

Bu, aydın məsələdir. Amma mən inanmıram ki, hansısa milli bizi 10:0 məğlub edə bilsin. Komandamız hamıya qarşı mübarizə aparır.

Millimizin yaxşı nəticə göstərəcəyinə inanıram. Mən istəyirəm ki, bütün Azərbaycan xalqı qələbəni Milli ilə birlikdə hiss etsin".

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə