Azərbaycan yığmasından ehtiyat edir - Ukraynalı məşqçi

21 Dekabr 2024 01:00 Milli komanda 719
Azərbaycan yığmasından ehtiyat edir - Ukraynalı məşqçi

Ukraynalı futbol eksperti Sergey Naqornyak DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən ölkəsinin millisinin Azərbaycan və İslandiya ilə eyni qrupa düşməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, “sport.ua” portalına danışan futbol mütəxəssisi millisinin üçüncü rəqibinin Fransa və ya Xorvatiya olmasına da münasibət bildirib:

“Əlbəttə, Xorvatiyanın rəqib olmasını istəyərdim. Fransızlar iki milli komanda yarada bilər.

Prinsipcə, Azərbaycan və İslandiyaya qarşı da asan olmayacaq. Yaxşı oyunçularımız var, lakin indiyə qədər milli komandadakı oyunlarında onlara olan ümidləri tam doğrultmayıblar”.

53 yaşlı mütəxəssis “Dnepr” klubunu, həmçinin Ukraynanın U-18, U-19 yığmalarını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!