AFFA rəhbərliyinə deyilən yalan: Utanmasan, danışmağa nə var ki? - VİDEO

19 Dekabr 2024 11:40 Milli komanda 1 738
AFFA rəhbərliyinə deyilən yalan: Utanmasan, danışmağa nə var ki? - VİDEO

"Yenə AFFA, yenə yalançı vədlər...

Fernandu Santuşun utanmayaraq danışdığı nağıllara hansı üzlə qulaq asdılar?

Perspektiv dediyi U-21 batıb, gələndən-gedəndən 7-8 top buraxır.

Bunlardır perspektiv? Bəsdir, azarkeşləri, futbol ictimaiyyətini doladınız!".

Bu açıqlama ilə “Sportinfo TV”nin tanınmış siması Elçin Cəfərov çıxış edib.

Aparıcı ekspert AFFA-nın İcraiyyə Komitəsinin son iclası zamanı millimizin baş məşqçisi Fernandu Santuşla bağlı qeydə alınan qərar barədə kəskin çıxış edib.

Ölkənin əsas yığmasında problemin portuqaliyalı mütəxəssisdən ibarət olmadığını diqqətə çatdıran E.Cəfərov hazırki periodda yerli məşqçi təyinatının vahid sistem altında daha uğurlu olacağını deyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı