AFFA bu futbolçunu da milliyə cəlb etmək istəyir

16 Dekabr 2024 02:10 Milli komanda 3 486
AFFA bu futbolçunu da milliyə cəlb etmək istəyir

Rusiyanın birinci liqa klubu olan "SKA-Xabarovsk"un futbolçusu Sadiq Baqiyev 2025-ci ildən yenidən yığma komandamıza cəlb oluna bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, AFFA rəsmiləri Rusiya klubunda oynayan həmyerlimizlə kontakta keçib.

Onun yeni tsikldən U-21 yığmamızda oynamaq şansı yüksəkdir. Federasiya rəsmiləri də Bağıyevin yığmaya cəlb olunmasını istəyir.

Bağıyev U-19 yığmasına cəlb olunsa da, sonradan dəvət edilməmişdi.

20 yaşlı yarımmüdafiəçi 2024-cü ildə sentyabr ayında “Kuban Holdinq”dən “SKA-Xabarovsk”a keçmişdi. Onun Xabarovsk təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!