Millimiz sonuncu rəqibini nə vaxt tanıyacaq? - DÇ-2026-da

15 Dekabr 2024 01:50 Milli komanda 582
Millimiz sonuncu rəqibini nə vaxt tanıyacaq? - DÇ-2026-da

Xəbər verdiyimiz kimi, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması püşkatmaya əsasən, 4 komandalı qrupda - D qrupunda yer alıb.

Sözügedən qrupda millimizlə yanaşı, Millətlər Liqasının 1/4 finalındakı Fransa-Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna da mübarizə aparacaq.

D qrupunda Fransanın, yoxsa Xorvatiyanın yarışacağı isə 2025-ci ilin mart ayında müəyyənləşəcək. Çünki Millətlər Liqasının 1/4 finalında Fransa və Xorvatiya arasındakı ilk matç 20 mart tarixində, cavab görüşü isə 23 martda keçiriləcək.

DÇ-2026-nın seçmə mərhələsi 4 komandalı qruplar üçün 2025-ci ilin sentyabr ayında başlayacaq. 5 komandalı qruplar isə mübarizəyə mart ayında start verəcəklər.

Final mərhələ iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!