“Hələ hər şeyi bilmirik” - Deşam millimizin qrupu haqda

15 Dekabr 2024 01:10 Milli komanda 766
“Hələ hər şeyi bilmirik” - Deşam millimizin qrupu haqda

Fransanın baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən Millətlər Liqasının 1/4 finalında Xorvatiya üzərində qələbə qazanacağı təqdirdə komandasının Azərbaycanla bərabər D qrupuna düşə biləcəyini şərh edib.

Sportinfo.az “Le Figaro”ya istinadən xəbər verir ki, fransalı mütəxəssis püşkatmanın mahiyyətinin çətin olduğunu bildirib:

"Bizim fərqli profillərə malik yeddi potensial rəqibimiz var. Onlar haqda bir az məlumatımız var, amma hələ hər şeyi bilmirik.

Bir çox insan üçün bu püşkatmanın mahiyyətini başa düşmək də çətindiir. Əvvəlki ilə müqayisədə indi daha az aydınlıq var. Amma əsas olan uyğunlaşmaqdır".

Fransa - Xorvatiya cütünün məğlubu L qrupunda Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariq komandaları ilə oynayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!