COP29

"Azərbaycana uzun səfəri nəzərə alsaq, bəlkə də D qrupu daha çətin görünür"

14 Dekabr 2024 01:00 Milli komanda 468
"Azərbaycana uzun səfəri nəzərə alsaq, bəlkə də D qrupu daha çətin görünür"

Xorvatiyanın baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən Millətlər Liqasının 1/4 finalında Fransa üzərində qələbə qazanacağı təqdirdə, komandasının D qrupuna düşə biləcəyini şərh edib.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan təcrübəli mütəxəssis Azərbaycan, Ukrayna və İslandiya ilə eyni qrupda yer almağın müsbət və mənfi tərəflərini bildirib:

"Belə qeyri-adi püşkatmanı şərh etmək doğru olmazdı. Çünki biz hansı komandalarla oynayacağımızı hələ bilmirik.

Ola bilsin ki, ilk baxışdan D qrupu daha güclüdür. Çünki orada çox güclü Ukrayna millisi yer alıb.

Üstəlik, İslandiya və Azərbaycana iki uzun səfərləri nəzərə alsaq, bəlkə də D qrupu daha çətin görünür.

Bununla belə, hər iki qrupda yüksək səviyyəli və iddialı komandalar var. Onlar da dünya çempionatına vəsiqə qazanmaq istəyirlər".

Fransa - Xorvatiya cütündə məğlub komanda L qrupunda Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı
17 Yanvar 04:00 Onlar da başladılar