“Bunu heç cür qəbul edə bilmərik, bizim səviyyəmiz ora deyil”

9 Dekabr 2024 02:50 Milli komanda 741
“Bunu heç cür qəbul edə bilmərik, bizim səviyyəmiz ora deyil”

“Çox üzücü bir şeydir ki, artıq D Liqasına düşdük”.

Sportinfo.az xəbər verir ki, bu sözlər yığmanın yarımmüdafiəçisi Ceyhun Nuriyevə məxsusdur.

O, milli komandanın Millətlər Liqasında D Liqasına düşməsinə münasibət bildirib:

“Bunu heç cür qəbul edə bilmərik. Bizim səviyyəmiz ora deyil.

Düzdür, uğursuz çıxış etdik, lakin bundan sonra daha çox çalışıb, daha çox istəməliyik. Meydanda hər şeyimizi ortaya qoymalıyıq ki, yenidən C Liqasına qayıdaq.

Hətta ordan da ən azından B Liqasına getməliyik. Bizim hədəfimiz bu olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM