COP29

Azərbaycan yığması üçün daha bir püşk – Yeni rəqiblər

6 Dekabr 2024 01:10 Milli komanda 378
Azərbaycan yığması üçün daha bir püşk – Yeni rəqiblər

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.

U-17-nin Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsindəki rəqibləri də bəlli olub.

İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komandamız 9-cu qrupda Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Matçlar 2025-ci il iyulun 1-dən noyabrın 18-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti