Millimizin NƏHS yeri

10 İyul 2023 02:20 Milli komanda 662
Millimizin NƏHS yeri

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-cü yer uğrunda İsveçrə ilə oyun 6:6 hesabı ilə nəticələnib.

Penalti seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:4 hesabı ilə qələbə qazanıb.

Millimizin qollarını hərəyə iki dəfə Elşad Manafovla Ramil Əliyev və Orxan Məmmədovla, Comərd Baxşəliyev vurublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti