Millimiz Avropada 54 komanda arasında – Ən zəiflərdən biriyik

28 Noyabr 2024 05:40 Milli komanda 698
Millimiz Avropada 54 komanda arasında – Ən zəiflərdən biriyik

Millətlər Liqasının 2024/25 mövsümünün qrup mərhələsi başa çatıb.

Rusiyanın buraxılmadığı yarışda qitənin 54 komandası dörd liqada mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsi başa çatdıqdan sonra millilərin ilkin ümumi sıralaması bəlli olub.

Rumıniya - Kosovo görüşü sona çatmadığı üçün UEFA-nın verəcəyi qərardan asılı olaraq 33-38-ci yerlərdə dəyişikliklər mümkündür.

Lakin Azərbaycan millisinin mövqeyi indidən dəqiqləşib. C liqasının 1-ci qrupunda sonuncu yeri tutan seçmə komandamız Avropada 47-ci olub.

Fernandu Santuşun baş məşqçilik etdiyi millimiz yalnız yeddi komandadan öndədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il