COP29

“Bu komandalar yaradılmalı, Premyer Liqa, I Liqa və Iı Liqaya buraxılmalıdır” - VİDEO

27 Noyabr 2024 16:00 Milli komanda 1 598
“Bu komandalar yaradılmalı, Premyer Liqa, I Liqa və Iı Liqaya buraxılmalıdır” - VİDEO

Futbol eksperti Emin Abbasov maraqlı təklif irəli sürüb.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin eksperti AFFA-ya gənclərdən ibarət yığmanın, həmçinin U-19 və U-17 yığmalarının müxtəlif adlar altında ölkə çempionatına buraxmağı məsləhət görüb.

Tanınmış teleşərhçi bildirib ki, federasiya bunu etsə, millilərdə inkişaf olacaq.

Abbasov deyib ki, vaxtilə Fuad Musayev belə bir iş görüb, aşağı yaş qrupları üzrə yığmaların futbolçularını «Şəfa»nın bayrağı ətrafında birləşdirib.

Ekspert söyləyib ki, qurum yenidən bu praktikadan yararlanmalıdır və belə olsa, komandalarımız beynəlxalq turnirlərdə indiki qədər bərbad nəticələr göstərməyəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti