TƏCİLİ! AFFA prezidenti millinin baş məşqçisini söhbətə çağırdı

20 Noyabr 2024 21:20 Milli komanda 5 695
TƏCİLİ! AFFA prezidenti millinin baş məşqçisini söhbətə çağırdı

AFFA prezidenti Rövşən Nəcəfin millinin baş məşqçisi Fernandu Santuşla görüşü gözlənilir.

Saytımız bu haqda federasiyadan yeni məlumat əldə edib.

Qurumdan redaksiyamıza daxil olan informasiyaya görə, tərəflərin ən qısa zamanda bir araya gəlməsi planlaşdırılıb.

Burada yığmanın Millətlər Liqasının C Liqasının I qrupunda uğursuz çıxışı masaya yatırılacaq.

Qrupda sonuncu yeri tutaraq D Liqasına yuvarlanan komandanın durumu ilə bağlı portuqaliyalı mütəxəssisdən hesa bat istənilib.

Altı oyunda 5 məğlubiyyət alan və cəmi 1 xal toplayan millidə islahatlara start verilməsinə dair müzakirələr aparılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!