Avropa çempionatında Yunanıstana da uduzduq

16 Noyabr 2024 16:30 Milli komanda 713
Avropa çempionatında Yunanıstana da uduzduq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gəlib.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Rumıniya yığmasına qarşı keçirəcək.

Yunanıstan (U-17) - Azərbaycan (U-17)

Baş hakim: İon Orlic (Moldova)

Baş hakimin köməkçiləri: Vadim Vikol (Moldova), Adrian Vorniçu (Rumıniya)

Dördüncü hakim: Vlad Baban (Rumıniya)

"Tunari" stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!