"Nyukasl"ın futbolçusu yox, “Roma”lı Azərbaycana qarşı oynayacaq

13 Noyabr 2024 08:50 Milli komanda 466
"Nyukasl"ın futbolçusu yox, “Roma”lı Azərbaycana qarşı oynayacaq

Millətlər Liqasının C1 qrupunun 5-ci və 6-cı turlarının Slovakiya (16 noyabr) və Azərbaycana (19 noyabr) qarşı keçirəcəkləri oyunlar öncəsi İsveç komandasında dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, Emil Kraft (“Nyukasl”, İngiltərə) və yarımmüdafiəçi Erik Smit (“Sankt-Pauli”, Almaniya) düşərgədən kənarlaşdırılıb.

Hər iki futbolçu zədəlidir və onların əvəzinə müdafiəçi Emil Holm (“Bolonya”, İtaliya) və yarımmüdafiəçi Samuel Dal (“Roma”, İtaliya) milliyə cəlb edilib.

İsveç - Azərbaycan oyunu Solna şəhərindəki “Strouberri Arena” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var