"Azərbaycan millisinə qarşı oynadığımızı başa düşməliyik"

12 Noyabr 2024 14:20 Milli komanda 737
"Azərbaycan millisinə qarşı oynadığımızı başa düşməliyik"

"Açıq şəkildə kimə qarşı oynadığımızı başa düşməliyik".

Sportinfo.az "Soccernet.ee" nəşrinə istinadən xəbər verir ki, bunu Estoniya yığmasının futbolçusu Markus Soomets deyib.

UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verən 24 yaşlı yarımmüdafiəçi güclü heyətə malik olduqlarını bildirib:

"Qrupda daha keyfiyyətli İsveç və Slovakiya yığmaları da var.

Onlara qarşı bir qədər fərqli oynamalıyıq. Amma həqiqətən komandamızın güclü olduğunu görürəm. Biz futbol oynaya bilirik".

Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”