COP29

“Neftçi”dən Kamil Məmmədovun kənarda saxlanılması qərara alındı

6 Noyabr 08:40 Milli komanda 1 080
“Neftçi”dən Kamil Məmmədovun kənarda saxlanılması qərara alındı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Kamil Məmmədovun tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılması qərara alınıb.

“Sabah”ın oyunçuları Həzrət Səmədov və Əlibəy Mahmudov isə UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matçın ardından noyabrın 6-da toplanışa qoşulacaqlar.

U-17 noyabrın 4-7-də Qəbələdə, 8-9-da Bakıda təlim-məşq toplanışı keçəcək.

Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!