Estoniya komandasının yarımmüdafiəçisi Mattias Keyt Millətlər Liqasının C1 qrupunun V turunun Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəyi oyunu buraxa bilər.
Sportinfo.az "soccernet.ee" portalına istinadən xəbər verir ki, Rumıniya çempionatının 14-cü turunda FKSB ilə keçirilən görüşdə “Rapid”in (Buxarest) üzvü zədələnib.
Onun əzələsində problem yaranıb. Həmin görüşün 36-cı dəqiqəsində Keyt əvəz edilib.
Azərbaycan - Estoniya oyunu noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə saat 18:00-da start veriləcək.