"Fakel”in qapıçısı Vitali Qudiev Azərbaycan milli komandasında oynaya bilərmiş.
Sportinfo.az xəbər verir ki, bu barədə qolkiper özü Rusiya mətbuatına danışıb.
29 yaşlı kiper “Alaniya”, “Axmat” və “Ximki”də oynayıb.
“Sport-Ekpsress”ə açıqlama verən Qudiyev məsələ haqda bunları deyib:
“Rusiya millisində oynamaq alınmasa, Azərbaycan variantını nəzərdən keçirəcəm?
Azərbaycan yığmasında oynamağımla bağlı bəzi söz-söhbətlər var idi. Amma yox, mən Rusiyada irəliləmək istəyirdim. Prioritet Rusiya millisidir”.
Vitalinin atası Kazimir Qudiyev Azərbaycan millisininin qapısını qoruyub və 3 oyun keçirib.