«Adam nə qədər deyər, nə qədər danışar, bu qədər pulu ona verməyə dəyməz».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, Fernandu Santuşlu yığmamızın Millətlər Liqasının C divizionunda məğlubiyyətləri sıralamasını AFFA-nın strateji səhvi adlandırıb.
Tanınmış teleşərhçi federasiya rəhbərliyinin I qrupda ardıcıl 4 yenilgi ilə üzləşən komandamızı əcnəbi baş məşqçiyə tapşırılmasını böyük pul itkisi sayır.
Abbasovun fikrincə, portuqaliyalı və ya hansısa xarici çalışdırıcı indiki halda futbolumuzun inkişafına tövhə verə bilməz.
Ekspertin dediyinə görə, milli istənilən yerli məşqçinin, o cümlədən, Arif Əsədovun yönətimində Santuşdan yaxşı nəticə göstərərdi.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN