“Azərbaycanı udduq, minimum vəzifəmizi yerinə yetirdik”

21 Oktyabr 2024 13:20 Milli komanda 793
“Azərbaycanı udduq, minimum vəzifəmizi yerinə yetirdik”

Estoniya yığmasının yarımmüdafiəçisi İoan Yakovlev Millətlər Liqasının C1 qrupunun 3-cü turunda Tallində Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:1) xatırlayıb.

Sportinfo.az “ERR”ə istinadən xəbər verir ki, millimizə vurulan qollardan birinin müəllifi olan futbolçu matç barədə belə danışıb:

“Azərbaycanla oyunda məqsədimiz qələbəyə oynamaq idi. Bu oyunda maksimum konsentrasiya var idi.

Minimum vəzifəmizi yerinə yetirdik. İsveçlilərə gəlincə, biz başa düşürük ki, bu komanda tamam başqa səviyyədədir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2