“O, Azərbaycan millisinə uğur qazandıracaq, bir az səbr etmək lazımdır"

20 Oktyabr 2024 02:20 Milli komanda 2 990
“O, Azərbaycan millisinə uğur qazandıracaq, bir az səbr etmək lazımdır"

"Milli Slovakiyaya qarşı pis futbol oynamadı, ilk hissədə, fasilədən sonra yaradılmış bir neçə qol epizodu var idi.

Amma təəssüf ki, onları dəyərləndirə bilmədilər, sonda da məğlubiyyət oldu.

Məncə, həmin epizodlar qol olsaydı, milli evdə Slovakiya kimi güclü rəqibi məğlub edəcəkdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç deyib.

Serbiya əsilli milliləşdirilmiş keçmiş futbolçumuz yığma komandamızın Millətlər Liqasının 4 oyunundakı uğursuz nəticələrini şərh edib:

"Fernandu Santuş haqda çox danışmağa ehtiyac yoxdur. O, Avropa çempionudur.

Millimizdə də uğurlu nəticə göstərəcəyinə inanmaq olar. Azərbaycan millisində çox keyfiyyətli futbolçular var.

Təbii ki, hər bir məşqçiyə zaman lazımdır. Ümidvaram ki, Santuş Azərbaycan millisinə uğurlu nəticələr qazanacaq. Sadəcə bir az səbir etmək lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!