“Vəziyyəti bu həddə özümüz çatdırmışıq, özümüz də çıxmalıyıq”

17 Oktyabr 2024 14:20 Milli komanda 870
“Vəziyyəti bu həddə özümüz çatdırmışıq, özümüz də çıxmalıyıq”

“Yaxşı heyətimiz var və bu komanda ilə nəticə qazanmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin yarımmüdafiəçisi Aleksey İsayeva aiddir.

O, Millətlər liqasının qarşıdakı iki matçında vəziyyəti dəyişməyə çalışacaqlarını söyləyib:

“Tsiklin sonuna iki oyunumuz qalıb. Hər matçda olduğu kimi, Estoniya və İsveçlə görüşlərdə də meydana yalnız qələbə üçün çıxacağıq.

Estoniya ilə evdəki matçda yalnız və yalnız qələbəyə oynayacağıq. Bütün gücümüzü meydanda qoyacağıq.

Vəziyyəti bu həddə özümüz çatdırmışıq. Özümüz də bu durumdan çıxmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!