Millimizin oyunçusu həqiqəti gizlətmədi: “Bu vəziyyət utancvericidir”

16 Oktyabr 2024 22:40 Milli komanda 1 607
Millimizin oyunçusu həqiqəti gizlətmədi: “Bu vəziyyət utancvericidir”

“Biz yaxşı oynaya bilərik, oynayırıq da”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi Aleksey İsayev deyib.

Komandamız Millətlər Liqasında məğlubiyyətləri sıralayır. Fernandu Santuşun çalışdırdığı kollektiv ardıcıl dördüncü yenilgini Slovakiyadan aldı – 1:3.

Bu nəticə ilə C Liqasının I qrupunda sonuncuyuq. 29 yaşlı futbolçu vəziyyətin utancverici olduğunu etiraf edib:

“Slovakiyaya qarşı ikinci hissənin ilk 20 dəqiqəsində çox yaxşı çıxış etdik. Birinci hissədə də pressinq tətbiq edir, rəqibi səhvə yol verməyə məcbur edirdik.

Qol vurmaq üçün də imkanlar oldu. Toral ilk şansında fərqlənə bilməsə də, az sonra qol vurdu...

Məğlubiyyətlər bizi çox məyus edir. Ölkə, azarkeşlər qarşısında bu vəziyyət utancvericidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!