"Bütün günahı Mahirin üzərinə yıxmaq düzgün olmaz"

16 Oktyabr 2024 00:40 Milli komanda 1 069
"Bütün günahı Mahirin üzərinə yıxmaq düzgün olmaz"

Azərbaycan millisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev Millətlər Liqasının C1 qrupunun 4-cü turunda Bakıda Slovakiya yığmasına məğlubiyyət (1:3) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:

"Məğlubiyyətdən sonra danışmaq çətindir, xüsusən də bunun qarşısını almağa yaxın olanda. Birinci hissə ən yaxşısı olmasa da, ikinci hissəyə çox yaxşı başladıq.

Biz irəli gedə bilərdik. Matçın dönüş nöqtəsi qırmızı vərəqə oldu.

Rəqib güclüdür, müdafiəyə keçməyə məcbur idik. Slovakiya kimi komandanın təzyiqinin öhdəsindən gələ bilmədik.

Amma məğlubiyyətin əsas səbəbi qırmızı vərəqə deyildi. Bir sıra səbəblər var idi.

Məsuliyyət hamımızın üzərinə düşür. Bütün günahı Mahir Emrelinin üzərinə yıxmaq düzgün olmazdı.

Budəfəki Millətlər Liqası hamımız üçün pis alınır. Bunun baş verməsini istəməzdik.

Qarşıda daha iki qarşılaşma var və vəzifəmiz altı xal qazanmaqdır. Qalan oyunlarda da mübarizə aparmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?