“Azərbaycan komandası üzərində layiqli qələbə qazandığımızı deyə bilmərəm”

14 Oktyabr 2024 12:40 Milli komanda 2 198
“Azərbaycan komandası üzərində layiqli qələbə qazandığımızı deyə bilmərəm”

"Azərbaycan millisi asan rəqib deyil, amma evdə bu komandanı məğlub etməli idik.

Bunun layiqli qələbə olduğunu deyə bilmərəm, düşünürəm ki, yaxşı nəticə üçün əlimizdən gələn hər şeyi etdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Vlasi Sinyavski UEFA Millətlər Liqasının III turu çərçivəsində Tallində Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.

Estoniyanın ikinci qolunun müəllifi əllərinə düşən fürsətlərdən yaxşı istifadə etdiklərini bildirib:

“Rəqib qarşısında imkanlarımız çox deyildi. Buna baxmayaraq, mübarizə apardıq.

Düşünürəm ki, belə matçlarda xallar qazanmaq çox önəmlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular